Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Brayton” – “Brentford” matçında qapılara qol vurulmayıb. “Arsenal” isə doğma meydanda qarşılaşdığı “İpsviç Taun”u tək qolla məğlub edib.
Beləliklə, 18 turdan sonra 42 xal toplamış və bir oyun az keçirmiş “Liverpul” vahid liderdir. “Arsenal” 36 xalla ikinci, “Çelsi” 35 xalla üçüncü, “Nottingem Forest” 34 xalla dördüncü pillədə qərarlaşıb. “Nyukasl” və “Bornmut” 29, “Mançester Siti”, “Fulhem” və “Aston Villa” 28, “Brayton” 26, “Brentford” 24, “Tottenhem” və “Vest Hem” 23, “Mançester Yunayted” 22, “Everton” və “Kristal Pelas” 17, “Vulverhempton” 15, “Lester Siti” 14, “İpsviç Taun” 12, sonuncu olan “Sauthempton” isə cəmi 6 xal toplayıb.
İngiltərə, Premyer Liqa
18-ci tur
26 dekabr
Mançester Siti – Everton 1:1
Qollar: B.Silva, 14 – Ndiaye, 36.
Bornmut – Kristal Pelas 0:0
Çelsi – Fulhem 1:2
Qollar: Palmer, 16 – H.Uilson, 82. R.Munis, 90+5.
Nyukasl – Aston Villa 3:0
Qollar: Qordon, 2. A.İsak, 59. Joelinton, 90+1.
Nottingem Forest – Tottenhem 1:0
Qol: Elanqa, 28.
Sauthemtpon – Vest Hem 0:1
Qol: Bouen, 59.
Vulverhempton – Mançester Yunayted 2:0
Qollar: Kunya, 58. Hvanq, 90+9.
Liverpul – Lester Siti 3:1
Qollar: Qakpo, 45+1. K.Cons, 49. Salah, 82 – Ayyu, 6.
27 dekabr
Brayton – Brentford 0:0
Arsenal – İpsviç Taun 1:0
Qol: Haverts, 23.