Slovakiyanın baş naziri Fiko Ukraynaya elektrik enerjisinin verilməsini dayandırmaqla hədələyib...
Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması Aİ və Slovakiyaya milyardlarla dollar ziyan vuracaq.
Poliqon xəbər verir ki, bunu Slovakiyanın baş nazir Robert Fiko videomüraciətində bildirib.
Fiko qeyd edib ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasına cavab olaraq Bratislavanın Ukraynaya elektrik enerjisinin verilməsini dayandıracağını istisna etmir.
“Yanvarın ilk günlərindən sonra vəziyyəti və Ukraynaya qarşı cavab tədbirlərinin imkanlarını təhlil edəcəyik. Lazım gələrsə, biz Ukraynanın Rusiya qazının tranzitini kəsməsinə cavab olaraq təcili ehtiyac duyduğu elektrik enerjisinin verilməsini dayandıracağıq”, deyə cənab Fiko bildirib.
Həmçinin Robert Fiko Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının başlanmasına çağırıb və həmçinin bəyan edib ki, tərəflər bu məsələdə Slovakiyanın qonaqpərvərliyinə arxalana bilərlər.
Qeyd edək ki, dekabrın 31-də Ukrayna ərazisindən qaz tranziti ilə bağlı saziş başa çatır. Ukraynanın baş naziri Denis Şmıqal Kiyevin tranzitdən imtina etdiyini açıqlayıb.
Poliqon.info