AZ

Donald Tramp məhkəməni ABŞ-da TikTok qadağasını təxirə salmağa çağırıb

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Çin sosial şəbəkəsi olan TikTok-a qarşı iddiaları siyasi yolla həll etməyə çalışmaq niyyətindədir...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Tramp Ali Məhkəməni qanunun qüvvəsini dayandırmağa çağırıb.

Qeyd edək ki, məhkəmə qərarı ilə sosial şəbəkə ABŞ-də qadağan edilə bilər.

“Tramp hörmətlə çağırır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən 2025-ci il yanvarın 19-da müddətin başa çatması haqqında qanunun dayandırılmasını nəzərdən keçirsin ki, bu da yeni administrasiyaya bu prosesdə məsələlərin siyasi həllinə nail olmaq imkanı verəcək”, deyə seçilmiş prezidentin vəkili Con Sauer bildirib.

Vəkilin sözlərinə görə, Tramp sosial şəbəkə ilə mübahisədə heç kimin tərəfini tutmur.

Qeyd edək ki, TikTok Çinin “ByteDance” şirkətinə məxsusdur. Aprel ayında prezident Co Bayden Donald Trampın andiçmə mərasimindən bir gün əvvəl, yanvarın 19-da sosial şəbəkənin bloklanması ilə bağlı qanunu imzalayıb.

Tramp sosial şəbəkə haqqında “isti hisslər” keçirdiyini söyləyib. Seçilmiş prezidentin sözlərinə görə, gənc TikTok istifadəçilərinin səsləri onun seçkilərdə qələbə qazanmasına səbəb olub.

Xatırladaq ki, 2020-ci ildə Tramp prezident kimi TikTok-a qarşı sanksiyaların təşəbbüskarı olub.

Poliqon.info

Seçilən
61
33
poliqon.info

9Mənbələr