AZ

"Putinlə yenidən danışmağa hazıram"

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə yenidən əlaqə qurmağa və Ukrayna münaqişəsini müzakirə etməyə hazır olduğunu bildirib.

Olaylar xəbər verir ki, bu barədə Şolts müsahibəsində deyib.

"Mən bunu istərdim", - deyə kansler Putinlə yenidən əlaqə saxlamağa hazır olub-olmadığı barədə suala cavabında vurğulayıb.

Qeyd edək ki, Rusiya lideri ilə Olaf Şolts arasında son telefon danışığı noyabrın 15-də baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
91
37
olaylar.az

10Mənbələr