AZ

Yeməkdə gizli ZƏHƏR: Meyvə və tərəvəzləri belə yuyun...

Ajans.az xəbər verir ki, xüsusilə orqan transplantasiyası alanlar, uşaqlar və hamilə qadınlar bu təhlükədən ən çox əziyyət çəkənlər arasındadır. 

Mütəxəssislər xəbərdarlıq edir: “Tərəvəz və meyvələri bol suda yuyun, sirkə və ya qazlı suda isladın”.

Türkiyə Böyrək Vəqfinin (TBV) prezidenti Timur Erk, pestisidlərin kənd təsərrüfatı məhsullarını zərərvericilərdən qorumaq və məhsuldarlığı artırmaq üçün istifadə edilən kimyəvi maddələr olduğunu ifadə edərək, “Ancaq bu kimyəvi maddələr birbaşa sağlamlığımıza zərər verə biləcək qalıqlar buraxa bilər” sözlərini deyib.

Pestisid qalıqlarının təkcə tərəvəzlərlə məhdudlaşmadığını bildirən Erk, bunlara diqqət çəkib: “Pestisidlərə paxlalı bitkilər, ət, süd və yumurta kimi çox müxtəlif qidalarda da rast gəlmək olar”.

Dr. Aydın uzun müddətli və sıx pestisidlərə məruz qalmanın aşağıdakı sağlamlıq problemlərinə səbəb ola biləcəyini söyləyib:

Hormonal pozğunluqlar

Sinir sisteminin zədələnməsi

Xərçəngə səbəb ola biləcək toksik təsirlər

Reproduktiv pozğunluqlar

Xüsusilə immun sistemi zəif olan uşaqlar, hamilə qadınlar və orqan nəqli alanlar bunlardan daha çox zərər görə bilər.

Dr. Aydın pestisidlərin təsirini azaltmaq üçün aşağıdakı praktik addımların atılmasını təklif edib:

Tərəvəz və meyvələri bol suda yuyun, sirkə və ya qazlı suda isladın.

Soyula bilən məhsulların qabığını soyun.

Orqanik sertifikatlı məhsulları seçin.

Tərəvəz və meyvələri mövsümündə istifadə etməyə diqqət edin.

Seçilən
61
50
Ajans.az

10Mənbələr