Ölkəmizdə xaricdən gələn avtomobillərin idxalı getdikcə artmaqdadır. Rəsmi dilerlərlə yanaşı, parallel idxalçıların da avtomobillərin gətirilməsi məsələsində son illərdə axına ciddi təsir edir. İdxal edilən avtomobillər ya şəxsin özü, ya da şirkətlər tərəfindən sifariş vasitəsi ilə gətirilir.
Avtosfer.az xəbər verir ki, gətirilən nəqliyyat vasitələrinin əksəriyyəti daha çox ABŞ, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrdə istehsal olunur. Lakin son vaxtlar ölkəyə parallel idxalçılar tərəfindən gətirilən maşınlarla bağlı şikayətlər artıb.
Bəs gətirilən maşınlara yolda hansısa bir zərər gəlsə, məsuliyyət kimə aiddir?
Nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza açıqlamasında bildirib ki, ölkəyə idxal olunan avtomobillərə danışma zamanı hər hansısa bir zərər dəyərsə, daşıyıcı şirkət məsuliyyət daşıyır:
“Daşıyıcı şirkət tam olaraq avtomobilə dəyən zərəri ödəməlidir. İstənilən halda xaricdən gətirilən nəqliyyat vasitəsinə zərər dəysə belə, sifariş edən şəxsə zərər dəyməzdən əvvəl təhvil verilməlidir, Dəyən zərər qarşılanmalıdır. Bu mövzuda daşıyıcı, yaxud sifarişçi şirkət tərəfindən nəzarət olmasa, müştəri istehlakçı hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edə və təzminat ala bilər”.
Eltac