Bakı. Trend:
Dünyada demək olar ki, hər beş uşaqdan biri münaqişələr yaşananərazilərdə yaşayır. 473 milyondan çox uşaq İkinci Dünyamüharibəsindən bəri ən yüksək zorakılıq səviyyəsindən əziyyətçəkir.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının UşaqFondu (UNICEF) dünyada münaqişə zonalarında yaşayan uşaqlarınfaizinin 1990-cı illərdəki təxminən 10 faizdən iki dəfə artaraq 19faizə çatdığını bəyan edib.
Bildirilir ki, Haitidə uşaqlara qarşı rəsmi qeydə alınmış cinsiistismar hallarının sayı təkcə 2024-cü ildə min faiz artıb.
UNICEF, həmçinin qeyd edib ki, uşaqlar müharibə zamanı qidaçatışmazlığından xüsusilə əziyyət çəkirlər və bu, Sudan və Qəzzazolağında xüsusilə ölümcül təhdiddir. Münaqişə həm də uşaqlarınsəhiyyə və təhsil sisteminə çıxışına ciddi təsir göstərir.