ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya və Kanadanın ilhaqı, habelə Panama kanalına nəzarət barədə bəyanatları Rusiya və Çinə qarşı daha geniş strategiyanın tərkib hissəsidir...
Poliqon xəbər verir ki, bu barədə Washington Post mənbələrə istinadən yazır.
"Trampın komandası təkid edir ki, onun son şərhləri daha geniş strategiyanın bir hissəsidir", deyə qəzet qeyd edib.
Qəzetin yeni seçilmiş prezidentin komandasına istinadla qeyd etdiyi kimi, Rusiya və Çinə qarşı mübarizənin əsas missiyası Trampın Kanada, Meksika, Qrenlandiya və Panama ilə bağlı şərhlərini birləşdirən "birləşdirici ipdir".
Nəşr xatırladır ki, Tramp Qrenlandiyanı ələ keçirmək barədə düşünüb, Panama kanalının Amerikanın nəzarətinə qaytarılması barədə "səs-küylü danışıb" və Kanadaya 51-ci ştat olmağı təklif edib.
Poliqon.info