"RDSC" şirkəti Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, tərəflər arasında vergi məsələləri üzrə mübahisə yaranıb. Şirkətin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq.
Araşdrımalarımız zamanı məlum olub ki, "RDSC" şirkətinə 85 545,87 manat vergi borcu hesablanıb. Ehtimal olunur ki, şirkət bu məbləğlə razılaşmadığı üçün məhkəməyə müraciət edib. "RDSC" şirkəti 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkəti qanuni təmsilçisi Abbasov Cavanşir Taptıq oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Hüseyn