Nigar Klinikası Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, tərəflər arasında vergi məsələlərinə dair mübahisə yaranıb. İş hazırda apellyasiya mərhələsindədir.
Klinikanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Aprelin 15-nə iş üzrə şifahi məhkəmə baxışı təyin edilib. Araşdırmalarımız zamanı məlum olub ki, Nigar Klinikasına 51 236,77 manat vergi borcu hesablanıb.
Qeyd edək ki, Nigar Klinikası vergi sistemində "Nigar Klinikası" MMC kimi qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Seyidov Sərdar Ağamir oğludur.
Hüseyn