Əfqanıstan İslam Əmirliyinin (hazırkı hökumət dövründə dövlətin adı) ali rəhbəri Haybətullah Axundzadə evlərin pəncərələrində qadınlara baxmağı qadağan edib. Metbuat.az lent.az-a istinadla xəbərinə görə, o, fərmanla qadın nümayəndələrin onlardan görünməməsi üçün sakinlərin evlərində pəncərələrin və havalandırma kanallarının dizaynını və tikintisini tənzimlədib.Sənədə əsasən, əfqan sakinlərinin evlərində pəncərələr elə yerləşdirilməlidir ki, qonşu evlərdən qadınlar görünməsin. Fərman, pəncərələri qadın nümayəndəsinin yerləşə biləcəyi qonşu binanın mətbəxinə baxarsa, bir-birinə bitişik binaların tikintisini qadağan edir.300-ə yaxın uşağın tamaşası anşlaqla keçdi, şəhid ailələri və qazi övladları da qatılıb -VİDEO -FOTOLENTBakıda yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASIDekabrın 31-nə qədər uğur qazanacaq ÜÇ BÜRCHəmçinin vurğulanır ki, pəncərə başqa yaşayış binası ilə üzbəüz olduqda, onun qarşısında insan hündürlüyündə divar hörmək və ya “qonşuya hər hansı başqa yolla zərər vurmamaq üçün” şərait yaratmaq lazımdır.