“Lester Siti”nin baş məşqçisi Rud van Nistelroy İngiltərə Premyer Liqasının 19-cu turunun “Mançester Siti” ilə ev oyununu şərh edib.
Arena.az məlumat verir ki, “şəhərlilər” bütün yarışlar çərçivəsində son 14 oyunda 2-ci dəfə qələbə qazanıblar – 2:0.
Rud van Nistelroy matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün meydanda istədiyimiz nəticəni ala bilmədik, amma uşaqların göstərdiyi mübarizədən qürur duyuram. “Mançester Siti” çox güclü bir rəqibdir, onların səviyyəsinə yaxınlaşmaq üçün daha çox çalışmalıyıq. Xüsusilə ilk yarıda bir neçə yaxşı fürsətimiz oldu, amma dəyərləndirə bilmədik. Bu oyun bizə daha yaxşı olmaq üçün nə etməli olduğumuzu bir daha göstərdi. Əsas odur ki, ruhdan düşmürük və növbəti oyunlara daha yaxşı hazırlaşırıq”, deyə niderlandlı mütəxəssis vurğulayıb.
Yeri gəlmişkən, Nistelroy hesab edir ki, “Liverpul”un cari mövsümün sonunda İngiltərə Premyer Liqasını qazanmaq imkanı daha böyükdür. Niderlandlı mütəxəssisin bu barədə qənaətini təqdim edirik:
“Premyer Liqada heç vaxt irəlini təxmin etmək olmaz. Amma “Liverpul”a, bu komandanın sabitliyinə baxanda deyə bilərəm ki, onların Premyer Liqanı qazanmaq imkanı böyükdür”.
Qeyd edək ki, 19 oyunda 14 xal toplamış “Lester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Beş oyundur qələbəyə həsrət olan “tülkülər” son dörd oyunda ardıcıl məğlubiyyətə üzülüblər.
İngiltərə Premyer Liqasına 18 oyundan 45 xalla “Liverpul” başçılıq edir. 19 oyuna 31 xal toplamış isə “Mançester Siti” isə 5-ci sıradadır.