Türkiyədə bir kişi xilas etdiyi göyərçinə Osman adını qoyaraq onunla ən yaxın dost olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli "Habertürk" nəşri yazır.
Məlumata görə, quş indi hər yerdə - hətta işə gedərkən də öz xilaskarını izləyir. Onların qeyri-adi dostluğu artıq geniş diqqət çəkib.
"Mən onu yedizdirdim və böyütdüm. Göyərçinim həmişə yanımdadır, məni tərk etmir. Biz bir-birimizi sevirik və hara gediriksə, həmişə birlikdəyik", - deyə göyərçini xilas edən Türkiyə sakini bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://img.milli.az/2024/12/30/1254868_(6).jpg)
![](https://img.milli.az/2024/12/30/1254868_(1).jpg)
![](https://img.milli.az/2024/12/30/1254868_(5).jpg)
![](https://img.milli.az/2024/12/30/1254868_(4).jpg)
![](https://img.milli.az/2024/12/30/1254868_(3).jpg)