AZ

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sıraları genişlənir - Foto

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) sıraları genişlənir.

İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin Publika.az-a verdiyi məlumata görə, Birliyə yeni üzvlüyə qəbul olunmuş şəxslərə vəsiqələrin təqdimetmə mərasimi keçirilib. Tədbirdə növbəti 120 nəfərə “İMZA” İB-nin üzvlük vəsiqələri təqdim edilib.

“İMZA” İB-nin yeni üzvlərinə vəsiqələri İdarə heyətinin sədri Xəyyam Əsgərov təqdim edib. Onların hər birini İB-in işində, xüsusilə könüllülük hərəkatında fəal şəkildə iştirak etməyə çağırıb. “İMZA” rəhbərliyi adından yeni üzvləri təbrik edib. Bildirib ki, İctimai Birlik ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın inkişafı, dünyada daha da tanıdılması məqsədilə gördükləri işləri xüsusilə sosial şəbəkələr üzərindən geniş təbliğ edir və bundan hər bir üzvümüz iftixar hissi keçirir.

Yeni üzvlər İB-nin fəaliyyətini həm sosial şəbəkələrdə, həm də ölkəmizin sosial-ictimai həyatında yaxından izlədiklərini vurğulayıblar. Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı məqamları barəsində danışan yeni üzvlərdən Prezident mükafatçısı, kiçik dövlət müşaviri İndira Şəmsivari bundan sonra qurumun işində, o cümlədən keçirəcəkləri tədbirlərdə fəal iştirak edəcəklərini deyib.

Seçilən
75
38
publika.az

10Mənbələr