Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi olub.
TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Dekabrın 30-da danışıqlar prosesi nəticəsində 150 rusiyalı hərbi qulluqçu geri qaytarılıb, onlara lazımi psixoloji və tibbi yardım göstərilib, qohumları ilə əlaqə saxlamaq imkanı verilir", - nazirlikdən bildirilib.
Həmçinin qeyd edilib ki, Rusiya hərbçilərinin əsirlikdən qaytarılması üçün Birləşmiş Ərəb Əmirlikləri humanitar vasitəçilik səyləri göstərib.
Azad edilmiş Rusiya hərbi əsirləri hazırda Belarus ərazisindədirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Rusiya əsirliyindən 189 hərbçi geri qaytarılıb.