AZ

Azərbaycanda helikopterlər satışa çıxarıldı

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında olan hava nəqliyyatı vasitələri satışa çıxarılır.
ONN media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, siyahıda 4 ədəd müxtəlif hava gəmisi yer alıb.
Belə ki, onlardan biri buraxılış ili 2004-cü il olan "SUPER PUMA AS 332 L" hava gəmisi, buraxılış ili 2005-ci il olan iki ədəd "EUROCOPTER EC155 B1" və buraxılış ili 1992-ci il olan "Mİ-8 MTV-1" hava nəqliyyat vasitəsidir.
Hərraca çıxarılacaq helikopterlərin start qiymətinə gəlincə, "EUROCOPTER EC155 B" 1 239 000 manata, iki ədəd "EUROCOPTER EC155 B1"dən birincisi 644 000 manata, digəri 508 000 manata,
"Mİ-8 MTV-1" tipli hava gəmisi isə 600 000 min manata iştirakçılara təklif olunur.
Məlumata görə, hərrac 30 yanvar 2025-ci il tarixində, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcək.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20
ONN İnformasiya Agentliyi
Seçilən
55
29
onn.az

10Mənbələr