AZ

"Qara qutu"dan məlumat əldə edilib - Mütəxəssislər açıqladı 

Cənubi Koreyada qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"sundan məlumat əldə ediblər.

Bu barədə Cənubi Koreya Nəqliyyat Nazirliyinin mülki aviasiya departamentinin direktoru Çju Çenq-Vanq açıqlama verib.

Məlumata görə, hazırda mütəxəssislər pilotun səsyazısına dair məlumatı səs fayllarına çevirməklə məşğuldur.

Xatırladaq ki, dekabrın 29-u "Jeju Air" aviaşirkətininə məxsus "Boeing 737-800" təyyarəsi C.Koreyanın Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Hadisə nəticəsində hava laynerinin göyərtəsində olan 181 nəfərdən 179-u həlak olub./teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
82
50
olaylar.az

10Mənbələr