Bakı. Trend:
Suriyanın Keçid Hökumətində xarici işlər naziri Əsəd Şeybani,ölkəsinin beynəlxalq tərəflərlə dialoq qurmağa açıq olduğunubildirib.
Trend xəbər verirki, bu barədə Qətər İnformasiya Agentliyinə istinadla məlumatyayılıb. Şeybani verdiyi bəyanatda ABŞ ilə münasibətləri inkişafetdirməyə hazır olduqlarını qeyd edib, lakin bunun ABŞ-ınmövqeyindən asılı olduğunu vurğulayıb.
O, münasibətlərin Suriya xalqının maraqlarını əsas götürəcəyinibildirib və ABŞ ilə əlaqələrin "həlledici" əhəmiyyət kəsb etdiyiniəlavə edib. Şeybani, həmçinin, Suriya üzərindəki sanksiyalarınqaldırılmasının vacibliyinə diqqət çəkib.
Bildirilib ki, Şeybani bu gün ilk xarici səfərini SəudiyyəƏrəbistanına edib. Səfər, Səudiyyə Ərəbistanının xarici işlərnazirinin dəvəti əsasında baş tutub.