AZ

Azərbaycanda şirkət əmlakını səhmdarları arasında böləcək - İCLAS

18 fevral 2025-ci il saat 11.00-da “Bakelektromaşın” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Cəmiyyətin 2024-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi (həmin dövr üçün maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabat).

2. Cəmiyyətin idarəetmə orqanlarının yeni tərkibinin seçilməsi.

3. Cəmiyyətin əmlakının səhmdarlar arasında bölünməsi.

4. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Əlaqə telefonu- (077) 270-99-28.

Ünvan-Bakı şəhəri, Xəzər rayonu, Qala ŞTQ, Qala stansiyası.

Seçilən
92
2
fed.az

3Mənbələr