AZ

166 milyon illik kəşf: Dinozavrların ayaq izləri aşkarlandı

İngiltərənin Oksford və Birmingem universitetlərindən olan tədqiqatçılar karxanada aparılan qazıntılar zamanı 166 milyon il əvvələ aid təxminən 200 nəhəng dinozavrın ayaq izləri aşkar edilib.

"Cebheinfo.az" xəbər verir ki, Oksford Universiteti, Oksfordşirdəki bir karxanada qazıntı sahələrində dinozavr ayaq izləri olan 5 marşrutun tapıldığını açıqlayıb.

Açıqlamada Mezazoy dövrünün ikinci hissəsinin (Yura dövrü) ortalarına aid edilən və təxminən 166 milyon il əvvələ aid olduğu təxmin edilən izlərin müxtəlif nöqtələrdə tapılan "Dinozavr yolu"nun bir hissəsi olduğu ifadə edilib. 

Aşkar edilən ayaq izləri arasında 9 metr böyüklüyündə olduğu düşünülən ətyeyən, üçbarmaqlı və caynaqlı Meqalosaurusun və ondan iki dəfə böyük olan ot yeyən dinozavrın ayaq izinin olduğu açıqlanıb.

Məlumatda otyeyən Diplodocus dinozavrı uzunboyunlu dinozavrın qohumu olan Cetiosaurus növünə aid olduğu düşünüldüyü, 5 nöqtədən 4 ot yeyən, digərində isə ətyeyən bir dinozavrın ayaq izlərinin aşkar edildiyi vurğulanıb. 

Məhz Oksford və Birmingem universitetlərindən 100 tədqiqatçının iştirakı ilə aparılan qazıntılarda bir karxana işçisi tərəfindən aşkar edilən və tapılan ayaq izlərinin sayının 200 olduğu bildirilib.

Bölgədə ilk dəfə 1997-ci ildə aşkar edilən ayaq izləri iki universitet tərəfindən araşdırmalar çərçivəsində araşdırılır.

Seçilən
82
22
cebheinfo.az

10Mənbələr