AZ

Dünyanın ən yaşlı insanı vəfat edib


Yaponiyada dünyanın ən yaşlı insanı kimi tanınan Tomiko İtuka 116 yaşında vəfat edib.

Bu barədə Bakupost.az APA-ya istinadən xəbər verir.

Məlumatda 1908-ci ildə Osakada anadan olmuş qadının yaşadığı qocalar evində öldüyü bildirilib.

O, 2024-cü ilin sentyabrında İspaniyanın Kataloniya əyalətinin Olot şəhərindən olan 117 yaşlı Maria Branyas Moreranın ölümündən sonra Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı seçilib.

Seçilən
15
31
bakupost.az

10Mənbələr