Dünyanın ən hündür körpüsü 2025-ci ildə Çində mənzərəli Beipan çayı vadisindən 2000 fut yüksəklikdə yerləşəcək.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Quizhou əyalətində inşa olunan bu möhtəşəm körpüsünün hündürlüyü Eyfel qülləsindən iki dəfə, San-Fransiskodakı məşhur Qızıl Qapı körpüsündən isə doqquz dəfə yüksək olacaq.
Yeni körpü nəinki dünya rekordlarını qıracaq, həm də bölgədə nəqliyyat vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Hazırda yerli sakinlər möhtəşəm kanyonu keçmək üçün ən azı bir saat vaxt sərf etməli olurlar. Lakin bu körpü tikildikdən sonra həmin məsafə cəmi iki dəqiqəyə qət olunacaq.
Quizhou Nəqliyyat Departamentinin direktor müavini Çen Jianlei vurğulayıb ki, körpünün tamamlanması əyalətdəki şəhərlər arasında iqtisadi əlaqələri gücləndirəcək və regional inteqrasiyanı təşviq edəcək.
Körpünün əsas daşıyıcı konstruksiyası ümumi çəkisi 22 min ton olan 93 hissədən ibarətdir ki, bu da Eyfel qülləsinin çəkisindən 3 dəfə çoxdur.
Lalə, BakuPost