AZ

Trampa qarşı məhkəmə hökmü yanvarın 10-na təyin olunub

Vaşinqton, 4 yanvar, AZƏRTAC

Nyu-York Məhkəməsi Donald Trampın vəkillərinin rüşvət işindən imtina edilməsinə dair qaldırdığı vəsadəti rədd edib. AZƏRTAC-ın məlumatına görə, hakim Xuan Merçan Donald Trampa 47-ci prezident kimi andiçmə mərasimindən on gün əvvəl, yanvarın 10-da hökm oxunacağını açıqlayıb.

Hakim əlavə edib ki, Tramp məhkəməyə şəxsən gələ və ya virtual olaraq qoşula bilər. Bildirilib ki, hökmə əsasən o, Trampın həbs olunmasına göstəriş verməyəcək.

Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
17
12
azertag.az

10Mənbələr