“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya Super Kubokunun yarımfinalında “İnter”ə məğlubiyyəti (0:2) şərh edib.
Arena.az jurnalist Daniele Mariyə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz bu yarışa laqeyd yanaşmadıq, oyunda qalib gəlməyə çalışdıq. Bu oyunlarda qalib gəlmək üçün azacıq daha az səhv etmək gərəkdir. Bununla belə, çoxlu qol vəziyyətləri yaratdıq, bunlardan bəziləri heyrətamizdir.
“İnter” Avropanın ən yaxşı klublarından biridir və siz şübhəsiz ki, futbolçuların belə oyunlarda gücləndiyini görəcəksiniz”, deyə Qasperini məğlubiyyətə rəğmən, nikbin məqamları gördüyünü başa düşməyə əsas verib.
“İnter” inamlı qələbə sayəsində İtaliya Super Kubokunun finalına yüksəlib. “Neradzurri” yarımfinalın digər cütü “Yuventus” – “Milan” oyunun qalibi ilə final oyununda 2024-cü il İtaliya Super Kubokunun qalibini müəyyənləşdirəcək.