AZ

Səudiyyə Ərəbistanı ABŞ-dan torpedalar alır

ABŞ Dövlət Departamenti 78.5 milyon dollar dəyərindəki MK 54 MOD 0 yüngül torpedalarının Səudiyyə Ərəbistanına satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bununla bağlı ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 20 ədəd MK 54 MOD 0 yüngül torpedasının və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Integrated Defense Systems” şirkəti olacaq.

Qeyd olunub ki, MK 54 MOD 0 torpedalarının satışı Səudiyyə Ərəbistanının sualtı qayıqlara qarşı döyüş qabiliyyətini təkmilləşdirməklə cari və gələcək təhdidlərin qarşısını almaq imkanlarını artıracaq.

Seçilən
50
5
poliqon.az

5Mənbələr