Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən üzrə "Super Kubok"un final oyunu keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə rəsmi qonaqlar, idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin bağlanış mərasimi ilə davam edib.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər müxtəlif musiqi və rəqs nümunələri ilə çıxış ediblər.