Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin sərnişinlərinin xilasetmə əməliyyatının işçiləri mükafatlandırılıblar.
Ajans.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, 10 xilasedici təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında göstərdikləri peşəkarlıq, cəsarət və fədakarlığa görə təltif olunublar.
Prezident Kasım-Jomart Tokayevin fərmanına uyğun olaraq Manqistau vilayətinin rəhbəri Nurdaulet Kilybay əməliyyat iştirakçılarına mükafatları təqdim edib.