Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə yeni hücumunun ehtimal olunan motivlərindən biri gələcək mümkün atəşkəs danışıqlarından əvvəl öz mövqeyini yaxşılaşdırmaq istəyi ola bilər.
Axar.az xəbər verir ki, bu barədə CNN-in təhlilində bildirilib.
“Ukrayna Rusiyanın cənubunda Kursk yaxınlığında əks-hücuma keçərək, Rusiyanın “layiq olduğu şeyi aldığı” barədə xəbərdarlıq edib”, - məqalədə vurğulanıb.
Qeyd edək ki, Ukrayna ordusu bu gün Kurskda genişmiqyaslı hücuma başlayıb.