Bakı. Trend:
Türkiyə Superliqasında XVIII turun növbəti oyunu keçirilib.
Trend xəbər verir ki,çempionluq mübarizəsi aparan “Fənərbağça” doğma meydanda“Hatayspor”la qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablıqələbəsi ilə yekunlaşıb.
İstanbul təmsilçisinin heyətində hər iki qolu Yusuf En-Nesirivurub. Qonaqlarda isə Bilal Boutobba fərqlənib.
Bu nəticədən sonra xallarını 39-a çatdıran “Fənərbağça” 2-cipillədə qərarlaşıb. Hatay klubu isə 9 xalla 18-ci yerdədir.