AZ

Həm ölkə daxilində, həm də xaricdə antiterror əməliyyatlarını davam etdirəcəyik - Ərdoğan

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm ölkə daxilində, həmdə xaricdə antiterror əməliyyatlarını davam etdirmək əzmindəolduğunu bildirib.

Trend xəbər verir ki, hakimƏdalət və İnkişaf Partiyasının Trabzon vilayətində funksionerləriqarşısında çıxış edən dövlət başçısı terror probleminin Türkiyəningündəmindən çıxarılacağına əminliyini ifadə edib.

“Rəsmi Ankara ölkədə sabitliyin pozulması, qarşıdurma vəgərginliyin artırılması cəhdlərinə qarşı yaxşı düşünülmüş siyasətyürüdür. Terrorun mənbəyində məhv edilməsi strategiyası özbəhrəsini verir”, - deyə Türkiyə lideri vurğulayıb.

Onun sözlərinə görə, Suriyanın şimalında terrorçularla mübarizəbu siyasətin bir hissəsidir. “PKK terrorçuları Türkiyənin cənubsərhədlərindən qovulub. Digər terror təşkilatı DAEŞ də məğlubolub”, - deyən Ərdoğan təkcə 2024-cü ildə bölgədə 40 terrortəşkilatı liderinin məhv edildiyini diqqətə çatdırıb.

Prezidentin çıxışı ilə paralel olaraq Türkiyə Milli MüdafiəNazirliyi Suriya və İraqın şimalında 36 terrorçununzərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, 32 yaraqlı Suriya ərazisində, daha4-ü isə İraqda məhv edilib.

Seçilən
53
10
az.trend.az

10Mənbələr