AZ

Trüdo Kanada Liberal Partiyasının lideriyindən istefa verə bilər

Kanadanın baş naziri Castin Trüdo tezliklə hakim Liberal Partiyasının sədri vəzifəsindən istefa verdiyini elan edə bilər...

Poliqon xəbər verir ki, bu barədə “Globe and Mail” nəşrinə anonim mənbələr məlumat verib. Distefanın dəqiq tarixi məlum olmasa da, bunun partiya fəallarının rəhbərliklə yanvarın 8-nə planlaşdırılan görüşünə qədər baş verəcəyi ehtimal edilir.

“Cənab Trüdo bazar ertəsi günü partiya lideri vəzifəsindən istefa verəcəyini elan edə bilər”, deyə üç mənbə nəşrə bildirib.

Həmçinin qeyd edilir ki, Liberal partiyanın lideri ilə bağlı qərar qəbul etməyə məsul olan icraiyyə komitəsinin bu həftəyə iclasının keçirilməsi nəzərdə tutulub.

“Castin Trüdonun dərhal gedəcəyi, yoxsa yeni lider seçilənə qədər baş nazir olaraq qalacağı bəlli deyil”, deyə mənbələr əlavə edib.

Xatırladaq ki, CBC telekanalı daha əvvəl bildirmişdi ki, 50-dən çox liberal deputat partiya liderinin dəyişdirilməsinin lehinə çıxış edib, buna baxmayaraq, ancaq 21 deputat öz fikirlərini açıq şəkildə ifadə edib. Yeni Demokrat Partiyasının rəhbəri Caqmet Sinq də baş nazirin istefasını tələb edib və hazırda Liberal Partiyasından 153 deputatın olduğu İcmalar Palatasının növbəti iclasında etimad səsverməsinin keçiriləcəyini elan edib.

Qeyd edək ki, Trüdonun xarici iqtisadi siyasəti ilə razılaşmadığı üçün maliyyə naziri Kristia Frilandın istefasından sonra Kanadada siyasi vəziyyət gərgin olaraq qalır.

Poliqon.info

Seçilən
54
poliqon.info

1Mənbələr