AZ

Konor Makqreqor dağıstanlıları TƏHQİR ETDİ

“Ultimate Fighting Championship” (UFC) yarışmasının irlandiyalı döyüşçüsü Konor Makqreqor İrlandiyada döyüşçülərin olmadığını deyən rusiyalı Həbib Nurməhəmmədova dağıstanlıları təhqir edərək cavab verib.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, Makqreqor öz fikirlərini sosial şəbəkələrdə yazıb.

“Siz avara və satqınsınız. Biz sizə “sarıdiş” deyirik. Noxud boyda beyinlər, artistlik yox, yaradıcılıq sıfır. Sizə görə utanıram”, – Makqreqor yazıb.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında Həbib UFC 229-da Makqreqoru məğlub edib. Döyüş dördüncü raundda başa çatıb.

34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Puarye ilə olub. İrlandiyalının ayağı sınıb və görüş birinci raundda başa çatıb.

Seçilən
25
6
medianews.az

7Mənbələr