AZ

Bu balıq 1,3 milyon dollara SATILDI - FOTO

2025-ci ilin ilk balıq auksionu Yaponiya balıqçılarının tutduqları balıqları satdığı Toyosuda keçirilib. Hər il minlərlə adamın qatıldığı ənənəvi balıq hərracına maraq yenə də sıx olub.

News24.az xəbər verir ki, bu il Yaponiyanın Aomori əyalətində tutulan 276 kq çəkisi olan mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb.

276 kq çəkisi olan balıq suşisini Michelin ulduzlu restoranları olan bir restoran şəbəkəsinin aldığı açıqlanıb.

Onu da bildirək ki, nəhəng ton balığı 1999-cu ildə başlayan hərracdan bəri satılan ikinci ən bahalı balıq kimi qeydə alınıb. Toyosu Balıq Bazarında satılan ən bahalı balıq rekordu 2019-cu ildə 2,1 milyon dollarlıq satışla yenilənib.

Günel Məlikzadə

Seçilən
64
1
news24.az

3Mənbələr