AZ

Kiçik bir stəkan şərab ürək üçün faydalıdır, lakin hamı razılaşmır

Gündə bir stəkan şərab içməyin ürək-damar xəstəlikləri riskini 50%-ə qədər azalda biləcəyini göstərən araşdırma, yalnız 60 yaşdan yuxarı və risk altında olan insanlara aid olub. Tədqiqatçılar bu təsirin yalnız orta dərəcədə qəbulda müşahidə edildiyini, həddindən artıq istehlakda isə itirildiyini vurğulayıblar.

QHT.az xəbər verir ki, Barselona Universitetinin professoru Ramon Stroh, şərabın Aralıq dənizi pəhrizinin bir hissəsi olaraq əhəmiyyətini araşdırdıqlarını qeyd edib. Lakin bir çox mütəxəssis alkoqolun məlum zərərlərinə işarə edərək, nəticələrə ehtiyatla yanaşır. Britaniya Ürək Fondunun mütəxəssisi Tracey Parker, həddindən artıq spirtin yüksək qan təzyiqi, demans, qaraciyər problemləri və xərçəng kimi xəstəliklərə səbəb olduğunu bildirib. Bundan başqa, şərabın standart porsiyasının 120 ml olduğunu, lakin insanların çox vaxt daha artıq istehlak etdiyini vurğulayıb.

Nəticədə, mütəxəssislər sağlam ürək üçün balanslı pəhriz, idman, sağlam çəki və siqaretdən uzaq durmağı daha effektiv üsul kimi tövsiyə edirlər.

 

R.İmanov

Seçilən
46
qht.az

1Mənbələr