ABŞ, Avropa İttifaqı, BVF (Beynəlxalq Valyuta Fondu), ayrı-ayrı hökumətlər, şirkətlər, fiziki şəxslər və fondlar 2022-2024-cü illərdə Ukraynaya 300 milyard dollar maliyyə yardımı köçürüblər...
Poliqon bu barədə RİA Novosti agentliyinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ildə və 2025-ci il üçün təsdiq edilmiş büdcədə Kiyevin gəlirləri xərclərin təxminən yarısı qədər aşağı olub və ölkənin büdcəsi yalnız Qərbin maliyyə dəstəyi sayəsində tarazlaşdırılıb.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski amerikalı bloger Leks Fridmanla müsahibəsində Kiyevin ABŞ-ın ona köçürəcəyinə söz verdiyi vəsaitin yarısını almadığını bildirib.
Poliqon.info