AZ

ABŞ Prezidenti Co Bayden jurnalistlərə qarşı sərt ifadələr işlətdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden 5 yanvar tarixində jurnalistlərlə qısa söhbəti zamanı sərt ifadələrlə çıxış edib. Ağ Evin mətbuat hovuzu tərəfindən yayımlanan məlumatda Baydenin kəskin sözləri diqqət çəkib.

ABŞ lideri miqrasiya böhranının həlli yollarından danışarkən qəfil öz çıxışını kəsib və jurnalistlərə yönələn sərt ifadə işlədib:
"Bəlkə də, mən ən yaşlı prezidentəm, amma mən dünyada sizlərin bütün lənətə gəlmiş həyatınız boyu tanıyacağınızdan daha çox lider tanıyıram. Və onların necə düşündüklərini bilirəm. Zarafat etmirəm," - deyə Bayden bildirib.

Qeyd edək ki, bu, Baydenin jurnalistlərə və siyasi rəqiblərinə qarşı sərt ifadələr işlətməsi ilə bağlı ilk hal deyil. Bundan əvvəl də o, Rusiya Prezidenti Vladimir Putin və keçmiş ABŞ Prezidenti Donald Tramp haqqında təhqiredici sözlər işlətmişdi.

Xatırladaq ki, Baydenin prezidentliyi dövründə ABŞ dövlət borcu rekord həddə çatıb. Eyni zamanda, pandemiya dövründə vətəndaşlara yardım üçün ayrılan böyük məbləğlərin müxtəlif fırıldaqçılıq sxemləri ilə mənimsənilməsi barədə məlumatlar yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
4
olaylar.az

5Mənbələr