İspaniyanın “Real” klubunun keçmiş yarımmüdafiəçisi Xuan Manuel Vilya vəfat edib.
Msport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xitməti məlumat yayıb.
İspaniya millisinin sabiq üzvü 1960/1961 mövsümündə “kral klubu”nda çıxış edib və komanda ilə Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, Vilya AÇ-1964-ün qalibi olub.
“Real” 86 yaşlı eks-futbolçusunun yaxınlarına və onunla birlikdə çıxış edən bütün komanda yoldaşlarına başsağlığı verib.