AZ

Bu ölkədə polisə prezidenti həbs etmək hüququ verildi

Cənubi Koreyanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi Prezident Yun Sok Yola qarşı həbs qərarının icrasını polisə təhvil verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, qurumun tələbi ilə order müddəti bu gün sona çatır.

Qeyd edək ki, ötən il dekabrın 31-də Cənubi Koreya məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsinin tələbi ilə prezidentin həbsinə order vermişdi.

 

Seçilən
35
13
qafqazinfo.az

10Mənbələr