Bu gün Əməkdar artist Aygün Bəylərin anım günüdür.
AZXEBER.COM xəbər verir ki, sənətçinin vəfatından bir il ötür.
Aygün Bəylər 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Əməkdar artist 6 yanvar 2024-cü ildə Türkiyənin paytaxtı Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
Nəşi Azərbaycana gətirilən sənətçi Suraxanı qəbristanlığında dəfn olunub.
Aysel