AZ

"İsanın əsl simasını bizim çar çəkdirib" - Erməni jurnalist

Bununla belə ermənilərin guya Cənubi Qafqazın "ən qədim" əhalisi olması barədə saxta və uydurma "konsepsiya”larına dəfələrlə sarsıdıcı zərbələr vurulub.

Qafqaz regionunu araşdıran tarixçilər hayların yalanlarını, saxta məlumatlar yaymasını ifşa edirlər.

Maraqlıdır ki, erməni vəhşilikləri ilə yanaşı plagiatçılığı, yalan tarixi "dəlilləri" də sərhəd tanımır. Məsələn, Ermənistanın tanınmış araşdırmaçı jurnalistlərindən olan Nairi Xoxikyan diqqət çəkən məlumat yayıb.

"Mamul" nəşri yazıb ki, o, hazırda İtaliyanın Milan şəhərində saxlanılan tarixi bir rəsmin ermənilərə məxsus olduğunu iddia edib.

Xoxiyan yazıb: “Bu parça üzərində İsa Məsihin 2000 il əvvələ aid əsl siması təsvir edilib. Onu erməni çarı Abqarın əmri ilə rəssam Anan çəkib. Rəsm hazırda İtaliyanın Milan şəhərindədir. Milad bayramınız mübarək".

Ermənilərin mif yaradıcılığı ilə bağlı təkcə bir məqamı qeyd edək ki, Roma tarixçisi Publi Korneli Abqarı “ərəblərin çarı” və ərəb adlandırıb.
Tural Tağıyev
AzVision.az

Seçilən
24
2
azvision.az

2Mənbələr