AZ

“Zirə” Abbas İbrahimlə yollarını ayırdı

Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlığını davam etdirən “Zirə” Abbas İbrahimlə yollarını ayırıb.

Arena.az bu barədə qəsəbə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Yarımmüdafiəçi ilə klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Qəsəbə təmsilçisi futbolçuya klub üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Abbas İbrahim 2023-cü ilin fevral ayından “Zirə”nin uğurları üçün çalışırdı. Nigeriyadan olan 27 yaşlı dayaq yarımmüdafiəçisi qəsəbə təmsilçisinin heyətində cari mövsümdə 8 oyuna çıxıb, 1 assistlə yadda qalıb. Onun “Zirə” karyerası bütövlükdə 43 oyun, 1 qol və 1 assistdən ibarətdir. Abbas daha öncə “Pasuş de Ferreyra” və “Aruka” kimi klublarda da çıxış edib.

Seçilən
31
arena.az

1Mənbələr