AZ

TANAP ilə nəql edilən qazın ümumi həcmi AÇIQLANDI

İstanbul. Trend:

TANAP Azərbaycandan İtaliyaya qədər uzanan 3500 kilometrlikCənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Adriatik Boru Kəməri(TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin ən mühüm hissəsidir.

Trend xəbərverir ki, bunu SOCAR Türkiyə Baş icraçı direktoru Elçin İbadovSOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuatkonfransında deyib.

E.İbadov qeyd edib ki, TANAP Avropa və Türkiyənin təbii qazehtiyatlarının müxtəlifliyinin artırılması ilə yanaşı Türkiyənienerji dəhlizinə çevirmək istiqamətində bu günə qədər atılmış ənstrateji addımlardan biridir:

"Ümumi tutumu 16 milyard kubmetr olan kəmərin ilk sınaq qazı2018-ci il yanvarın 23-də 1,339 kilometrlik Faza 0 hissəsindəverilmişdir. Kommersiya əməliyyatları isə 30 iyun 2018-ci iltarixində başlamışdır. 15 iyun 2019-cu il tarixində 455 kilometruzunluğunda Faza 1 hissəsi tamamlanmış, 1 811 km boru kəmərisistemi Avropaya qaz tədarükü üçün hazır vəziyyətə gətirilmişdir.31 dekabr 2020 tarixindən etibarən ilk kommersiya qazı Avropayaçatdırıldı. Layihə ilə nəql edilən 16 milyard kubmetr təbii qazın 6milyard kubmetr Eskişehir və Trakyadakı iki nöqtədən milli şəbəkəyəqoşularaq Türkiyədə istifadə olunur, 10 milyard kubmetr təbii qazisə TAP vasitəsilə Avropaya çatdırılır. TANAP-ın Türkiyə-Yunanıstansərhədində TAP ilə birləşməsindən sonra Azərbaycan qazı Albaniya vəAdriatik dənizindən keçərək İtaliyaya çatır. 16 milyard kubmetrolan xəttin ötürmə qabiliyyətinin əlavə investisiyalarla 31 milyardkubmetrə çatdırılması nəzərdə tutulmuşdur. TANAP regionun ən uzun(1.811 km) və ən böyük diametrli (56”) təbii qaz kəməridir. TANAPquruda 2.760 metr hündürlükdən, dənizdə isə 67.5 metr dərinliyəqədər uzanan marşrut üzərində tikilmişdir", - o bildirib.

İcracı direktor onu da bildirib ki, 31 dekabr 2024-cü iltarixinə TANAP ilə nəql edilən qazın ümumi həcmi 73,54 milyardkubmetrdir.

"Türkiyə üçün nəql edilən kommersiya qazının ümumi həcmi: 30,80milyard kubmetr, Avropa üçün nəql edilən kommersiya qazının ümumihəcmi isə 42,74 milyard kubmetr", - o bildirib.

Məqalədə:
Seçilən
37
8
az.trend.az

10Mənbələr