Birləşmiş Ştatlar Ərəb Respublikasının yeni hökumətinə dəstək əlaməti olaraq altı ay müddətinə Suriyaya humanitar yardım göndərilməsi ilə bağlı məhdudiyyətləri yumşalda bilər...
Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən Wall Street Journal (WSJ) yazıb.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller daha əvvəl bildirmişdi ki, Vaşinqton yalnız yeni hakimiyyətin konkret addımları əsasında qrupu terrorçular siyahısından çıxara bilər.
Vəziyyətlə tanış olan rəsmilər WSJ-yə bildiriblər ki, məhdud tədbir Xəzinədarlığa humanitar qruplara, su və elektrik kimi əsas xidmətlər göstərən şirkətlərə azadolma icazəsi verməyə imkan verir.
Eyni zamanda, onlar vurğulayıblar ki, təchizatçılardan humanitar yardımların yalnız təyinatı üzrə istifadə olunmasını təmin etmələri tələb olunacaq.
Poliqon.info