Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Kuraxovo şəhərini ələ keçirib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Donbasın cənub-qərb hissəsində yaşayış məntəqəsi olan Kuraxovo nəzarətə götürülüb.
"Kuraxovonun azad edilməsi zamanı Ukrayna Silahlı Qüvvələri şəxsi heyətinin 80%-ni (12 min nəfərdən çox), 3 minə yaxın müxtəlif silah və hərbi texnikanı, o cümlədən 40 tankı itirib", - məlumatda qeyd olunub.