AZ

Vaşinqtonda fövqəladə vəziyyət elan edilib

ABŞ-ın paytaxtı Vaşinqtonda qar yağması səbəbindən yanvarın 7-dək fövqəladə vəziyyət elan edilib.

`Ekologiya.az-ın məlumatına görə, bu barədə şəhər meri Muriel Bouzerin ofisinin açıqlamasında deyilir.

Qarın yağması fonunda şəhər sakinləri fəal şəkildə bişmiş məmulatlar, su, ət, kolbasa və toyuq əti almağa başlayıblar.

ABŞ-ın 12 ştatında qar yağması səbəbindən elektrik enerjisinin kəsilməsi gözlənilir. Eyni zamanda, ölkənin cənubunda güclü tufan müşahidə olunacaq.

Seçilən
83
5
ekologiya.az

6Mənbələr