AZ

Bu il Azərbaycan bankları kreditlərdən 2,8 milyard manat faiz gəliri - ƏLDƏ EDİB

2024-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 807,7 milyon manat olub.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Həmin göstərici noyabrın 1-nə olan dövr ilə müqayisədə 288,8 milyon manat və ya 11,5%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 471,1 milyon manat və ya 20,2% çoxdur.

2023-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə  faiz gəlirləri 2 milyard 336,6 milyon manat olub.

Bu ilin 1 noyabr vəziyyətinə bu göstərici 2 milyard 518,9 milyon manat təşkil edib.

Seçilən
54
1
fed.az

2Mənbələr