AZ

 İordan çayının qərb sahilində terror aktı baş verib.

 İordan çayının qərb sahilində terror aktı baş verib.

İnterpress.az xəbər verir ki,  bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, bu səhər İordan çayının qərb sahilində 3 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib.

55 nömrəli magistralda iki terrorçu İsrail avtomobillərinə və bir avtobusa atəş açıb.

Ölənlər arasında iki qadın və bir kişi də var. Daha 6 nəfər yaralanıb.

Terrorçular hadisə yerindən qaça biliblər və təhlükəsizlik qüvvələri onların tutulması üçün əməliyyata başlayıb.

Xuraman Etibarlı

İnterpress.az 

Seçilən
58
1
interpress.az

2Mənbələr