AZ

"ETOPAZ"ın dəstəyi ilə şahmat turniri keçirildi

style='margin-bottom:10px;'>

Sports.az saytının təşkilatçılığı, ETOPAZ-ın baş sponsorluğu və "Şah klub"un dəstəyilə media nümayəndələri arasında şahmat üzrə birinci "Həmrəylik kuboku" keçirilib.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə onlayn formatda təşkil olunmuş turnir 9 turdan ibarət dairəvi sistemlə keçirilib. 

Həvəskar şahmatçılar arasında gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda yekunda 8 xalla İctimai Radionun aparıcısı Əhməd Əliyev çempion olub.

İkinci yeri 6.5 xalla ATV-nin tanınmış aparıcısı İlkin Fikrətoğlu, üçüncü yeri isə 6 xalla Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının media departamentindən Emil Əliyarlı tutub. 

Qaliblərə və bütün iştirakçılara ETOPAZ-ın pul mükafatları təqdim olunub.

Seçilən
35
8
teleqraf.com

9Mənbələr