AZ

BMT-də insanlıq əlehinə cinayətlərin qarşısının alınması istiqamətində yeni beynəlxalq konvensiya qəbul ediləcək

Bakı. Trend:

2024-cü il noyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının BaşAssambleyasının Hüquq məsələləri üzrə Komitəsinin (Altıncı Komitə)təşəbbüsü əsasında Assambleya 79-cu sessiya çərçivəsində 99dövlətin konsensusu əsasında tarixi qətnamə qəbul edərək, 2027-2028illərdə “İnsanlıq əlehinə cinayətlərin qarşısının alınması vəonların cəzalandırılması haqqında” Beynəlxalq Konvensiya layihəsiilə bağlı bütün zəruri hazırlıq işlərinin tamamlanmasını və yeniuniversal müqavilənin qəbul edilməsini qərara aldı.

Bunu Trend-əMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsininüzvü, deputat Nizami Səfərov deyib.

"Məlum olduğu kimi, insanlıq əlehinə cinayətlərə həsr edilənayrıca beynəlxalq müqavilənin olmaması, beynəlxalq cinayətlərkateqoriyasına daxil olan bu əməllərlə bağlı beynəlxalq hüquqdaciddi boşluq yaratmışdır. Əgər soyqırım beynəlxalq hüquq əlehinəcinayət kimi 1948-ci il dekabrın 9-da qəbul edilən Konvensiyadatəsbit edilmişdirsə, və öz növbəsində, müharibə cinayətləri 12avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyaları və onların1977-ci il 8 iyunda qəbul edilən I və II saylı Əlavə Protokollarınauyğun olaraq beynəlxalq humanitar hüququn ciddi pozuntularıqismində beynəlxalq cinayətlər kimi tövsif edilirsə, insanlıqəlehinə cinayətlərlə bağlı qlobal hüquqi aktın olmaması buəməllərlə mübarizədə qeyrı-müəyyən vəziyyət yaradır. Mövcud hüquqidurumu nəzərə alaraq, BMT-nin Beynəlxalq hüquq komissiyası 2013-cüildə özünün 65-ci sessiyasında “İnsanlıq əlehinə cinayətlər”mövzusunu uzunmüddətli işlər proqramına daxil etdi. Komissiyanınqənaətinə görə, insanlıq əlehinə cinayətlərin qarşısının alınması,bu əməlləri törədən şəxslərin cəzalandırılması və həmin beynəlxalqcinayətlərlə mübarizədə dövlətlərarası əməkdaşlığın həyatakeçirilməsi məsələlərini tənzimləyən qlobal konvensiyanın olmamasıümumiyyətlə müasir beynəlxalq hüquq sistemində, və xüsusi olaraqbeynəlxalq cinayət hüququ, beynəlxalq humanitar hüquq və insanhüquqlarının beynəlxalq hüququ sahələrində çatışmayan əhəmiyyətlielementdir. BMT-nin Beynəlxalq hüquq komissiyasındakı müzakirələrzamanı qeyd olunduğu kimi, soyqırım və müharibə cinayətlərinə aidöhdəliklərdən fərqli olaraq insanlıq əleyhinə cinayətlərə dairkonkret və adekvat beynəlxalq standartların olmaması bucinayətlərlə bağlı cinayət təqibinin səmərələliyinə vəoperativliyinə ciddi neqativ təsir göstərir", - o bildirib.

Onun sözlərinə görə, ikinci dünya müharibəsindən sonra insanlıqəleyhinə cinayətlərin hüquqi cəhətdən irimiqyaslı kodifikasıyası1998-ci ilin iyun-iyul aylarında Romada keçirilən diplomatikkonfransda qəbul olunan və 1 iyul 2002-ci ildə qüvvəyə minənBeynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində həyata keçirilsə də,nəzərə almaq lazımdır ki, bir sıra dövlətlər (AzərbaycanRespublikası, Türkiyə, ABŞ, Cin, İsrail, Rusiya Federasiyası,Hindistan və s.) bu məhkəmə orqanının iştirakçısı deyildir və qeydedilən cinayətlərin milli qanunvericilikdə təsbit edilməsi onlarınhüquqi öhdəliklərinə daxil deyildir.

"Buna baxmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsiinsanlıq əleyhinə cinayətlərın geniş kodifikasıyasını həyatakeçirmişdir. Beynəlxalq cinayətlərin təqibində ciddi hüquqiboşluğun aradan qaldırılması uçun yeni konvensiyanın qəbulu vəhəmin hüquqi aktdan irəli gələn öhdəliklərin implementasiyasıinsanlıq əleyhinə cinayətlərlə mübarizə üçün başlıca şərtdir.

Hazırda BMT-nin Beynəlxalq hüquq komissiyası özünün 71-cisessiyasında insanlıq əleyhinə cinayətlərə dair maddələr layihəsiniikinci oxunuşda qəbul edərək, yeni konvensiya üçün zəruri hüquqibaza yaratmışdır və belə bir sənəd beynəlxalq miqyasda bütövlükdəbəşəriyyətə qarşı törədilən bu əməllərlə mübarizə mexanizminiəsaslı şəkildə təkmilləşdirəcək", - o bildirib.

BMT-də
Seçilən
35
7
az.trend.az

6Mənbələr