Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın) “916” Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətinifasiləsiz davam etdirib.
Trend xəbərverir ki, müraciətlər 2024-cü il 29 dekabr tarixindən 2025-ci il 5yanvar tarixinədək Çağrı Mərkəzi vasitəsi ilə qəbul edilib.
Daxil olmuş müraciətlər əsasən Ombudsmanın Milli PreventivMexanizm mandatına aid olan məsələlər, o cümlədən qanunsuz saxlama,şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə müayinə vəmüalicəsinin təşkili, saxlanılan şəxslə görüşün təşkili, saxlanılanşəxs barəsində yaxınlarına məlumat verilməməsi ilə bağlı olub.Həmin məsələlər dərhal müvafiq qurumlar qarşısında qaldırılmaqlaaraşdırılıb və vətəndaşların müraciətləri təmin edilib.